hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

“Tac”ın “taxt”dan düşmədiyi ölkələr: Kimlər hələ də sərt karantində yaşayır? - BİZİM TƏQDİMAT

“Tac”ın “taxt”dan düşmədiyi ölkələr: Kimlər hələ də sərt karantində yaşayır? - BİZİM TƏQDİMAT

Ötən ilin sonunda Çində meydana gələn, Azərbaycan da daxil olmaqla dünyanda 200-dən artıq ölkədə yayılan, yüz minlərlə insanın ölümünə səbəb olan koronavirus infeksiyası ilə mübarizə davam edir.

Pandemiya ilə mübarizədə vətəndaşlarını qorumaq məqsədi ilə bir çox ölkə sərt karantin rejiminə keçsə də, keçən zaman ərzində bəzi ölkələr karantin qaydalarını yumşaltdı.

Yoluxma sayının çox olduğu bir çox ölkədə isə sərt karantin qaydaların tətbiqi davam edir.

Cebhe.info sərt karantin rejiminin davam etdiyi ölkələrlə bağlı araşdırma edib.

*Öncə qeyd etməliyik ki, sərt karantin rejmi ölkəmizdə də davam etməkdədir.

Ölkə ərazisində iri ticarət mərkəzləri, geyim və telefon aksessuarlar kimi mağazalar, restoranlar, kinoteatr, əyləncə mərkəzləri fəaliyyətini dayandırıb. 8 rayon və şəhərdə vətəndaşların 2 saatlıq icazə ilə yaşayış yerini tərk etməsi qaydası yenidən tətbiq olunmağa başlayıb.

*Koronavirusun yayıldığı və son bir-neçə həftədir ki, olduqca pis vəziyyət alan ölkələrin başında ABŞ gəlir.

Belə ki, ölkənin 120 mindən çox vətəndaşı bu infeksiyanın qurbanı olub. Bu səbəbdən ölkədə sərt karantin rejmi hələ də davam etməkdədir. Ağ Evin aparıcı tibbi məsləhətçilərindən biri olan Anthony Fauci epidemiyanın bitməsinə hələ çox qaldığı barədə ciddi xəbərdarlıq edib. O deyib ki, tədqiqatçılar effektiv bir müalicə tapa bilməsə, ölkəni "pis payız" gözləyə bilər. Dr Fauci virusun geri dönməsinin qaçılmaz olduğunu söyləyib və əlavə edib ki, virus yay boyunca tamamilə yox olmaya da bilər. Qeyd edək ki, ölkənin bir sıra ştatlarında karantin qaydaları yumşaldılsa da, bir çox ərazilərdə hələ də sərt karantin rejmi davam etməkdədir. Ölkədə bir çox obyektləri (yeməkxana, kinoteratr, əyləncə mərkəzləri) bağlanıb, eyni zamanda xarici uçuşlar dayandırılıb.

*Braziliya infeksiyanın yayılma sürətinə görə dünya 2-cisidir.

Hazırda ölkədə 950 mindən çox insan koronavirus infeksiyasının daşıyıcısıdır və bu rəqəmin tezliklə 1 milyona çatacağı gözlənilir. Ölkədə vətəndaşları qorumaq üçün sərt karantin qaydaları tətbiq edilməkdədir.

*Çində də ötən həftə yoluxma sayının artması ilə məktəb və iş yerlərinin bəziləri bağlanıb. Hökümət paytaxt sakinlərinə müraciət edərək evlərindən çıxmamağa çağırıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı isə 83 mindən çoxdur. Ölənlərin sayı isə 4 min 600 nəfəri ötüb.

*Almaniyanın paytaxtı Berlində 13 evin yerləşdiyi məhəllə koronavirus səbəbi ilə karantinə alınıb, ət kombinatlarının birində yeni infeksiya ocaqlarının qeydə alınmasına görə oktyabrın sonuna qədər bütün kütləvi tədbirlər təxirə salınıb. Bu ölkədə 200 minə yaxın insan virusa yoluxub. Onlardan 9 minə yaxını ölüb.

*Karantin rejiminin davam etdiyi ölkələrdən biri də Qazaxıstandır. Ötən gün burada koronavirus infeksiyasına 499 yoluxma faktı aşkarlanıb, 7 nəfər vəfat edib. Ümumilikdə, ölkədə koronavirus infeksiyasına 18 min 231 nəfər yoluxub. Xəstələrdən 129-nun vəziyyəti ağır qiymətləndirilir. Yaranmış vəziyyətlə əlaqədar ölkənin iri şəhərlərində həftəsonu karantin rejimi bir neçə dəfə tətbiq oluna bilər. Sanitar həkim Janna Praliyeva bu rejimin zəruri olduğunu bildirib. Qeyd edib ki, sanitariya normalarına laqeyd münasibət göstərildiyi təqdirdə həftəsonu karantin rejimi bir neçə dəfə tətbiq ediləcək.

*İranda isə yeni növ koronavirusa (COVİD-19) yoluxmanın geniş yayıldığı əyalət və şəhərlərdə (qırmızı zona) 1 həftəlik sərt karantin rejimi tətbiq olunacaq. Bunu İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Qərargahının iclasında bildirib. H. Ruhani deyib ki, lazım gələrsə, bu müddət uzadılacaq. İran Prezidenti qeyd edib ki, iyul ayının 5-dən 21-dək ölkədə qapalı və ictimai yerlərdə maskadan istifadə icbaridir və aidiyyatı qurumlar buna nəzarət etməlidir.

*Cənubi Koreya və Yaponiyada da vəziyyət ürəkaçan deyil. Belə ki, bu ölkələrdə yeni növ koronavirusa yoluxanların sayı sürətlə artdığına görə sərt karantin davam edir.

Nargilə

Cebhe.info


Oxunma sayı: 28381