hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Taliban”ın 4600 üzvü həbsxanadan buraxıldı

“Taliban”ın 4600 üzvü həbsxanadan buraxıldı

Əfqanıstanın ikinci vitse-prezidenti Məhəmməd Sərvər Daniş hakimiyyətin “Taliban” hərəkatının həbsdə olan 5 min üzvündən 4600-nü azad etdiyini deyib.“Taliban” hərəkatı isə öz növbəsində iyulun 30-u axşam saatlarına qədər 79 hərbçini azadlığa buraxaraq əsirlərin azad edilməsi prosesini yekunlaşdırmaq niyyətindədir. Bununla da taliblərin azad etdiyi hərbçilərin sayı 1002 nəfərə çatacaq.

Fevralın 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində olan minə yaxın əməkdaşı azad edilməli idi.

Cebhe.info


Oxunma sayı: 2916