hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

“Təmiz dünya” sakinləri maska tikir: Pulsuz paylanacaq - FOTOLAR

“Təmiz dünya” sakinləri maska tikir: Pulsuz paylanacaq - FOTOLAR

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə məxsus sığınacağın sakinləri bugünlərdə ehtiyacın çox olduğunu nəzərə alaraq maskaların tikilməsinə başlayıb.

Cebhe.info xəbər verir ki, tibbi maskalar ictimai yerlərdə çalışanların istifadəsi üçün nəzərdə tutulub. İctimai Birliyin sədri Mehriban Zeynalova bildirib ki, evdə hazırlanan maskalar tibbi maskaları əvəz etmir: “Lakin tibbi maskaların çatışmazlığı şəraitində bu da bir həll yoludur”.

O da vruğulanıb ki, maskaya ehtiyacı olanlar birliyə müraciət edə bilərlər.

Xatırladaq ki, sığınacaq sakinləri bundan əvvəl tikiş kurslarına qatılaraq avadanlıqlarla təmin ediliblər.

Xəzər
Cebhe.info


Oxunma sayı: 5050