hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“Təstərə Nəcmi” ilə bağlı kədərli PAYLAŞIM-FOTOLAR

“Təstərə Nəcmi” ilə bağlı kədərli PAYLAŞIM-FOTOLAR

Oktyabrın 1-də vəfat edən Türkiyənin məşhur aktyoru Tarik Ünlüoğlunun 40 mərasimi keçirilib.

Cebhe.info xəbər verir ki, mərhum aktyorun xanımı Gülənay Kalkan günlər sonra sosial şəbəkələrdə Ünlüoğlu ilə bağlı paylaşım edib. Kalkan “40 gün sənsiz” qeydi ilə ərinin səsləndirdiyi  “Anlada bilmirəm” şeirini paylaşıb. Bu paylaşım Ünlüoğlusevərləri duyğulandırıb. Paylaşıma çoxlu “bəyəndim” gəlib və rəylər yazılıb. Qeyd edək ki, Azərbaycan və Türkiyə tamaşaçılarının daha çox “Qurdlar vadisi” serialındakı “Təstərə Nəcmi” rolu ilə tanıdığı sevilən aktyor oktyabrın 1-də ağciyər xərçəngindən vəfat edib.
Aydın
Cebhe.info


Oxunma sayı: 804