hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Tezliklə oradan paylaşımlar edəcəyik” - Razi Nurullayev Xudafərindən yazdı

“Tezliklə oradan paylaşımlar edəcəyik” - Razi Nurullayev Xudafərindən yazdı

“Xudafərin körpüsü qəlbimdə hər zaman nisgil olub. Bu körpü ilə bağlı 10 əsrlik tarix var. Tariximiz azad edildi. Xudafərin sözü laylay, bayatı və qəmgin mahnılarla ifadə olunurdu, indi qəhrəmanlıq salnaməsi olacaq”.

Cebhe.info xəbər verir ki, bu sözləri özünün “facebook” səhifəsində Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin üzvü Razi Nurullayev yazıb.

Millət vəkili bildirib ki, tezliklə körpü bərpa ediləcək və qonşu ölkəyə rahat gedib-gələ biləcəyik:

“İndi Azərbaycan əsgərləri və vətəndaşları Arazın o tayından əl yelləyən bacı və qardaşlarına əl yelləyəcəklər. Körpü bərpa ediləcək və İran İslam Respublikasına rahatlıqla gedib gələcəyik. Xudafərin körpüsündə şəkil çəkdirib paylaşacağıq. Hər dəfə də bu sevinci bizə yaşadaraq şəhidlik zirvəsinə yüksələn qəhrəman igidlərimizə dua oxuyub ruhlarına fatihə verəcəyik”.

Aydın
Cebhe.info


Oxunma sayı: 1068

Bizim Telegram səhifəmizi izləyin