hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

“Ticarət müharibəsi”: Çin Ağ Evin qarşısına donuzla çıxır

“Ticarət müharibəsi”: Çin Ağ Evin qarşısına donuzla çıxır

Çində iqtisadiyyatı xilas etmək üçün genetik modifikasiya edilmiş donuz yetişdiriləcək. 

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, bu donuz soyuq havaya və Afrika taununa qarşı güclü immunitetə sahib olmalıdır.

"Bloomberg" yazır ki, ticarət müharibəsi şəraitində, eləcə də əhalinin sayının artması, resursların azalması, yoluxucu xəstəliklərin çoxlasması bunu zəruri edir. Çin ABŞ-la ticarət müharibəsindən qalib çıxmaqla bərabər ətin bahalaşmasının qarşısını həm də bu yolla almağa çalışacaq. Donuzun seçilməsi də təsadüfi deyil. Donuzda xalis ət daha çox olur və müxtəlif hava şəraitinə dayanıqlıdır. 

Məlumatlara görə, artıq ilkin sınaq uğurla keçib. Bu sınağı Roslinski İnstitutunun əməkdaşları aparıb. 1996-cı ildə məhz bu institutda ilk dəfə Dolli alı qoyun klonlaşdırılıb. 

Çində son zamanlar ət qıtlığı yaşanır və qiymətlərdə kəskin artım var. 2018-ci ilin avqustundan etibarən bu heyvanların sayı azı 2 dəfə azalıb. Səbəb Afrika taununun yayılması olub. Ətin qiymətindəki artım inflyasiyanı şərtləndirib. 2012-ci ildən etibarən ilk dəfə olaraq ölkədə inflyasiya 3,8 faizə çatıb.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 1233