hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

“Tiflis kiminlə əməkdaşlıq edəcəyini yaxşı bilir”- ŞƏRH

“Tiflis kiminlə əməkdaşlıq edəcəyini yaxşı bilir”- ŞƏRH

“Rəsmi Tiflisin Azərbaycan və Türkiyə ilə bağlı açıqlamasının İrəvanın siyasi elitasında təşvişlə qarşılanmasını tamamilə təbii qəbul etmək lazımdır”. 

Cebhe.info xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov sosial şəbəkə hesabında paylaşıb:

“Rəsmi Tiflislə yaxınlaşmaq və Gürcüstanı Azərbaycandan uzaqlaşdırmaq üçün cürbəcür məkrli planlar cızan Paşinyan iqtidarının gürcü nazirin məlum açıqlamasından sonra bütün ümidləri suya düşmüş kimi görünür.

Xatırladaq ki, Gürcüstan Müdafiə naziri Levon İzoriya gürcü ordusunun Azərbaycan və Türkiyə ilə ortaq təlimlərində iştirak edəcəyini açıqlayıb. Ermənistanın gürcü nazirin bu bəyanatına reaksiyası isə özünü çox gözlətməyib. Belə ki, hərbi ekspert Taron Ovanisyan deyib ki, "ümid edirik ki, Gürcüstan gələcəkdə Ermənistanın maraqlarına xidmət etməyən Türkiyə-Azərbaycan təlimlərində iştirak etməyəcək". 

Ancaq ermənilərin bu çarəsiz ümidləri elə ümid olaraq da qalacaq. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələdə üçtərəfli görüşünün keçirilməsi sözügedən üç ölkənin Cənubi Qafqaz regionunda hərbi-strateji əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləmiş oldu. Ermənistan növbəti dəfə oyundankənar vəziyyətdə qaldı. Rəsmi Tiflis kiminlə əməkdaşlıq edəcəyini yaxşı bilir”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 298