hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Total müharibə başlayacaq” - PREZİDENT

“Total müharibə başlayacaq” - PREZİDENT

“Ukrayna heç vaxt Donbası qaytarmaq üçün hərbi əməliyyat başlatmayacaq, çünki bu, Avropada total müharibəyə səbəb ola bilər". 

Cebhe.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Spiegel" nəşrinə istinadən yazıb.

Ukrayna liderinin sözlərinə görə, Donbasda hərbi əməliyyat başlatmaq çağırışını əvvəllər Ukraynada hakimiyyətdə olanlar səsləndirir: "Bilirəm ki, bir çox "isti başlar" var, onlar mitinq keçirir və deyirlər ki, gedək döyüşək. Nəyin bahasına? Mən bunu etməyəcəyəm".

Zelenski qeyd edib ki, onun mövqeyi cəmiyyəti qane etməsə, o zaman yeni prezident gələcək və onların tələbini yerinə yetirəcək. O özü isə heç vaxt müharibəyə yol verməyəcək: "Mən hərbçiləri ora göndərə bilmərəm. Onların neçəsi öləcək? Yüz minlərlə. Sonra isə total müharibə başlayacaq".

Xəzər
Cebhe.info


Oxunma sayı: 1277