hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Tovuzda hərb tariximizin yeni qəhrəmanlıq səhifəsi yazıldı” - POLİTOLOQ

“Tovuzda hərb tariximizin yeni qəhrəmanlıq səhifəsi yazıldı” - POLİTOLOQ

“Azərbaycanın müasir hərbi tarixində qəhrəmanlıq nümunələri çox olub. Birinci Qarabağ savaşında son gülləsinədək mənfur erməni terrorçuları ilə döyüşüb, sonra da özü ilə birlikdə bu üzdəniraqları da partladaraq şəhid olan əsgərlərimiz olub. Atəşkəs dönəmində bir də Mübariz balamızın qəhrəmanlıq salnaməsini yaşadıq. Və ən sonda dünən Tovuz cəbhəsində general Polad Həşimovun cəsarət nümunəsini gördük. Bunların hər biri Azərbaycanın müasir qəhrəmanlıq tarixçəsidir ki, bu da təkcə bizim üçün deyil, bir çox dövlətlər üçün örnək olacaq qəhrəmanlıq nümunələridir”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Natiq Miri deyib. N.Miri bildirib ki, bu hadisələrin hər birində qüsurlar tapmaq, onu təftiş etmək mümkündür.

Ancaq qüsur görənindir, əsil mərifət isə qüsuru örtməkdədir, eynən bizi yaradan Allah kimi:

“Cəsarət, qəhrəmanlıq güc deyil, ürək istər. Bizim qəhrəmanlarımız da heç kimsədən əmr gözləmədən və bütün hərbi prosedurları gözardı edərək bu qəhrəmanlığı etdilər. Əslində əsil qəhrəmanlar da belə olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm də ona görə ki, bu millətə nağıl qəhrəmanlarından başqa, bir də bütün dünyaya örnək olacaq həqiqi qəhrəmanlığı göstərdilər, yaşatdılar. Ona görə bu uca millət yaşayacaq, qamətini düzəldəcək və bütün yerində olmayan hər nə varsa, yerinə oturdacaq. Buna əminəm”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5875