“Türkiyə "S-400" məsələsində suverenlik hüququndan istifadə edib” – Hulusi Akar

“Türkiyə "S-400" məsələsində suverenlik hüququndan istifadə edib”.
Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Türkiyənin son 10 ildə “Patriot” almağa imkanı olduğu halda, "S-400"-ə üstünlük verməsinə dair iddialar əsassızdır.
Nazirin sözlərinə görə, ABŞ və Fransadan hava hücumundan müdafiə sistemləri almaq istəsələr də, bu mümkün olmayıb: “10 il boyunca ABŞ-a verdiyimiz müxtəlif təkliflərə, müraciətlərə hələ də cavab almamışıq. NATO müttəfiqi bəzi ölkələrdə rus istehsalı havadan müdafiə sistemi necə istifadə olunursa, biz də "S-400"-ü eyni şəkildə istifadə edə bilərik”.
Akar qeyd edib ki, bu məsələ NATO-nun da olacağı ortaq işçi qrupu ilə birgə əməkdaşlıq nəticəsində həll edilə bilər: “Biz görüşməyə hazırıq. "S-400"-ə görə "F-35" də daxil olmaqla, bir sıra sanksiyaların tətbiqi müttəfiqlik ruhuna uyğun deyil. Yaddan çıxarmaq olmaz ki, Türkiyə NATO-nun da, ABŞ-ın da ən güclü müttəfiqdir”. (apa)
Cebhe.info
Oxunma sayı: 727