hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

“Türkiyədə istirahət etmək həm təhlükəsiz, həm də sağlıqlıdır” – Fəxrəddin Altun

“Türkiyədə istirahət etmək həm təhlükəsiz, həm də sağlıqlıdır” – Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyədə istirahət etməyin həm təhlükəsiz, həm də sağlıqlı olduğunu bildirib.

Cebhe.info xəbər verir ki, F.Altun “Twitter” hesabında etdiyi paylaşımında Türkiyənin koronavirus epidemiyası ilə mübarizədə dünyanın ən çox müvəffəqiyyət əldə edən ölkələrindən biri olduğunu önə çəkərəkturizm sektorunda çox ciddi tədbirlər görüldüyünü vurğulayıb:

“Koronavirus epidemiyası ilə mübarizədə dünyanın ən çox müvəffəqiyyət əldə edən ölkələrindən biri olduq. Həm milli, həm də beynəlxalq səviyyədə mübarizə apardıq. İndi də turizm sektorunda çox ciddi tədbirlər gördük. Hər kəs əmin olsun ki, Türkiyədə istirahət etmək həm təhlükəsiz, həm də sağlıqlıdır”, - deyə Altun bildirib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 683