hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Türkiyənin qələbəsi yeni Qafqaz siyasətini gətirəcək” – ŞƏRH

“Türkiyənin qələbəsi yeni Qafqaz siyasətini gətirəcək” – ŞƏRH

“Beynəlxalq siyasi-hərbi münasibətlər sistemində davam edən problemlər dünyada yeni nizamın formalaşmasına gətirib çıxaracaq. COVID-19 pandemiyası, bunun iqtisadi, siyasi münasibətlərə təsiri, eləcə də ABŞ ilə Çin arasında yeni müstəvidə başlayan siyasi-ticari münaqişə kifayət qədər qlobal müstəvidə problemlərə yol açacaq”.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, qlobal müstəvidə aparıcılıq uğrunda bir neçə ölkə mübarizə aparır, bunların arasında Türkiyə də var:

“Çünki Türkiyənin yerləşdiyi coğrafiya Şərqlə Qərb arasında mühüm geosiyasi kəsişmədi. Yaxın Şərqdə davam edən müharibə də əsas faktordu. Bundan əlavə Aralıq dənizin hakim mövqeyi və Liviyada maraqlar toqquşmasında öz mövqeyini möhkəmləndirməsi, Türkiyənin yaxın perspektivdə regional güc müstəvisindən daha da artıq mövqeyini gücləndirəcək. Liviyada davam edən müharibə böyük dövlətlərin maraq toqquşmasıdır və artıq Türkiyə rəsmi hakimiyyəti müdafiə etməklə, həlledici qələbə qazanır. Rusiya, ABŞ və Avropa artıq Türkiyənin Orta Şərqdə varlığını qəbul etməkdədirlər. Bir sözlə, Azərbaycanın təbii müttəfiqi Türkiyə beynəlxalq siyasi areanada yeni güc olaraq ortaya çıxır.

Türkiyənin Liviyada və Yaxın Şərqdə qələbə qazanması, bu ölkənin Cənubi Qafqazda maraqlarının müdafiəsini şərtləndirir. Çünki Cənubi Qafqaz Türkiyə üçün gosiyasi strateji məkandı və buradan Mərkəzi Asiyaya çıxış imkanıdır. Ona görə də Türkiyənin qələbəsi yeni Qafqaz siyasətini gətirəcək”.

Politoloq onu da əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu Türkiyənin iqtisadi Qafqaz siyasətidir və buradan Mərkəzi Asiyaya açılımıdır:

“Türkiyə faktoru region üçün önəmlidir və geosiyasi müstəvidə bu labüd olacaq. Hazırda Rusiyanın bundan sonra iqtisadi müstəvidə güc qazanması mümkün deyil. Beynəlxalq siyasəti əvvəlki illər kimi aparıcı deyil. Artıq regional çərçivəyə sıxışır. Baş verənlər Türkiyənin rolunu gücləndirə bilər. Bu da Qarabağ münaqişəsində Ankaranın rolunu artıracaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 11408