hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

“Twitter” üzr istədi

“Twitter” üzr istədi

Sosial şəbəkə platforması "Twitter" istifadəçilərinin məlumatlarını güvəndikləri reklam şirkəti ilə birlikdə səhvən paylaşdığı üçün üzr istəyib.

Cebhe.info xəbər verir ki, bu barədə "Twitter" özü məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Twitter”in reklam xidmətləri reklamverənlərə öz marketinq və müştəri siyahıları vasitəsilə hədəf auditoriyalarına reklam vermək imkanı verir.

İstifadəçilər tərəfindən təyin olunan elektron poçt və telefon nömrələri kimi məlumatlar təsadüfən şirkətin reklam xidmətləri tərəfindən "Təqdim olunmuş auditoriya" və "Tərəfdaş auditoriya" ilə paylaşılıb.

Xatirə
Cebhe.info


Oxunma sayı: 661