hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

“Uğursuz fəaliyyət və parçalanmalar xalqda ümidsizlik yaradır” - AXCP sədrinin müavini

“Uğursuz fəaliyyət və parçalanmalar xalqda ümidsizlik yaradır” - AXCP sədrinin müavini

Ötən əsrin 80-ci illərində milli azadlıq hərəkatında iştirak etmiş siyasi simaların fəallığı müşahidə olunur.

Onların siyasi mühitə adaptasiyası mümkün olacaqmı? Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi təhlilçi Məhəmməd Əsədullazadə hesab edir ki, bu o qədər də asan deyil.

Politoloq Cebhe.info-ya açıqlamasında bildirib ki, o adamların yenidən meydana atılmaq cəhdləri əbəsdir: 

“Azərbaycan Xalq Hərəkatı (AXH) və Qarabağ Komitəsi yaradan 90-cı illərin siyasiləri yeni gəncliyin siyasi çağırışlarına cavab vermir və hazırki siyasi mühitə adaptasiya imkanlarından məhrumdurlar. İsgəndər Həmidov, Rəhim Qazıyev və digər siyasi fiqurların toparlanması yalnız öz şəxsi ambissiyalarına xidmət edir. AXH adlanan bir siyasi təşkilat heç vaxt siyasi uğur qazana bilməz. Göründüyü kimi artıq öz aralarında dalaşaraq, bölündülər”. 

M.Əsədullazadənin fikrincə, uğursuz fəaliyyət və parçalanmalar xalqda ümidsizlik yaradır: 

“Ümumiyyətlə, ölkədə yeni siyasi proseslərə dinamika vermək lazımdır. Lakin 90-cı illərin siyasilərinin yaratdığı qurumlardakı parçalanmalar xalqda ümidsizlik yaradır. Yenilikçi siyasi qüvvələr, o cümlədən, Azərbaycan Xalq Cəbhəsi Partiyası və təşkilatın sədri Razi Nurullayevin fəaliyyəti müxalif siyasi cameəyə yeni dinamika  gətirib. Bu qüvvələrin fəaliyyəti hesabına yeni siyasi mərhələ başlanıb. Demək olar ki, AXCP bu gün vətəndaşlar tərəfindən etimad göstərilən bir siyasi partiyadır. Çünki siyasi nüvəsində intriqa və şəxsi ambissiyalar dayanmır. AXCP-nin məqsədi yalnız xalqa xidmət və ölkədə normal siyasi müxalifətin fəaliyyətini gücləndirməkdi. Hesab edirəm ki, AXCP bu yolu uğurla qət edib və yeni siyasi mərhələdə proseslərdə xalqın və dövlətin birliyinə nail olacağıq”.

Aydın
Cebhe.info


Oxunma sayı: 690