hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Ukrayna Məhsulları” mağazasından alınan araq zəhərlənməyə səbəb oldu - İDDİA

“Ukrayna Məhsulları” mağazasından alınan araq zəhərlənməyə səbəb oldu - İDDİA

Bakı sakini paytaxtda fəaliyyət göstərən “Ukrayna Məhsulları” mağazasında köhnə məhsulların satıldığını iddia edir.

"MediaPost" xəbər verir ki, İnara Babayeva həyat yoldaşının sözügedən mağazadan aldığı spirtli içkidən zəhərləndiyini bildirir:

"Mayın 28-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 160 F ünvanında yerləşən “Ukrayna Məhsulları” mağazasından həyat yoldaşım “Marlin” markalı spirtli içki (araq) alıb və bunun üçün 20 AZN ödəyib. Spirtli içki qəbul edildikdən sonra həyat yoldaşımın və evimizə gələn qonağın halı pisləşdi, onlarda qusma, zehin qarışıqlığı, keyimə, nizamsız tənəffüs halları müşahidə edildi. Bu hallar spirtli içkidən zəhərlənmə zamanı baş verir".

İstehlakçı alınan məhsulun son istifadə tarixinin keçdiyini deyir: "Aldığımız spirtli içkinin qablaşdırmasına baxdığımız zaman istehsal tarixinin 23.11.2018 tarixi olduğunu və istifadə müddətinin 12 ay olduğunu aşkar etdik. “Ukrayna Məhsulları” mağazalar şəbəkəsinin baş ofisi ilə əlaqə saxlayıb şikayətimizi bildirdikdə isə bizə “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi”nin aktına əsasən bu məhsulun satışda olmasına rəsmi icazə verildiyi bildirildi".

Həmçinin müştəri məhsulun üzərində yer alan məlumatların Azərbaycan dilində tərcüməsinin olmadığını iddia edir: "“Azərbaycanda dövlət dili haqqında” Qanunda qeyd edilib ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Qanunvericiliyə görə, ölkəyə idxal edilən mal və məhsulların üzərindəki etiketlər, adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Qeyd olunan məhsul idxal məhsulu olsa da, üzərində Azərbaycan dilində heç bir məlumat yoxdur".

Cebhe.info


Oxunma sayı: 6139