hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“Ukraynanın NATO-ya qoşulması üçün bütün vasitələri var” - Entoni Blinken

“Ukraynanın NATO-ya qoşulması üçün bütün vasitələri var” - Entoni Blinken

Biz Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyirik. Hazırda onun (NATO-ya qoşulması üçün) tələb olunan bütün vasitələri var”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Senatın Beynəlxalq Komitəsində dinləmələr zamanı bildirib.

“Üzvlüyün əldə edilməsi üzrə fəaliyyət planı NATO-ya üzv olan bütün ölkələrin tam konsensusa uyğun hazırlanmalıdır. Hesab edirəm ki, bəzi dövlətlər indi bunu başqalarına nisbətən daha az dərəcədə dəstəkləyirlər”, - ABŞ dövlət katibi qeyd edib.

Qeyd edək ki, Gürcüstan və Ukraynanın NATO-ya qoşulması proqramının başlanması haqqında qərar alyansın 2008-ci ildə Buxarestdə keçirilən sammitində qəbul edilib.

Cebhe.info


Oxunma sayı: 573