hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

“Uşaq pulu” və sosial yardım: Birini vermək üçün digəri kəsiləcək?

“Uşaq pulu” və sosial yardım: Birini vermək üçün digəri kəsiləcək?

““Uşaq pulu” ilə ünvanlı sosial yardımın o qədər də ciddi əlaqəsi yoxdur. Bu layihələri müqayisə etmək düzgün deyil. Hər ikisinin ayrı-ayrı hədəfləri var, önəmli layihələrdir”. 

Bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli sosial yardımın “uşaq pulu” ilə əvəzlənməsinə dair təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, “uşaq pulu” bütün dünyada qəbul olunmuş sosial layihədir:

“Bu layihə ölkələrdə dövlətin ailələrdə uşaqların saxlanması, yəni keyfiyyətli qayğı görməsi, qidalanması, geyinməsi və digər təminatları üçündür. Amma ünvanlı sosial yardım Azərbaycanda kasıb, minimum istehlak səbəti qədər əməkhaqqı ala bilməyən ailələrə yardımdır. Birinin hədəfi ölkədə kasıblığın aradan qaldırılması, digərinin hədəfi gənc nəslin daha sağlam yetişdirilməsi üçündür. Bu iki layihəni bir-biri ilə müqayisə etməyin əleyhinəyəm. “Uşaq pulu”ndan ənənəvi olaraq bütün ölkələr 100 illərdir ki, istifadə edir. Ünvanlı sosial yardım isə təxminən 30-40 ildir ki, Şərqi Avropa ölkələrində tətbiq olunub və Azərbaycana da oradan gəlib. Hesab edirəm ki, bu layihələrin hər ikisinin tətbiqi Azərbaycan üçün əhəmiyyətli və vacibdir”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 870