hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

“Uşaqpulu” tərəfdarı olan deputatlar: Hökumətə fərdi müraciət edib? – AÇIQLAMA

“Uşaqpulu” tərəfdarı olan deputatlar: Hökumətə fərdi müraciət edib? – AÇIQLAMA

Azəraycanda uşaqlara müavinətin təyin edilməsi ilə bağlı məsələ illərdir ki, müzakirə olunur. Son bir il ərzində müzakirələr xüsusi ilə intensiv xarakter alsa da, həllini tapmır.

Məlumdur ki, bu məsələ dəfələrlə parlamentdə də müzakirə olunub.

Bəs “uşaqpulu” ilə bağlı qərarın verilməsi üçün deputatlar fərdi qaydada hökumətə müraciət ediblərmi?

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, millət vəkilinin parlamentdə çıxışı həm də rəsmi müraciət sayılır:

“Bu protokola daxil olur və hökumət də bunu müəyyən dərəcədə cavablandırmalıdır. Təbii ki, ayırıca müraciət də ola bilər. Bir qism uşaqlara müavinət verilir, amma bütövlükdə hansısa yaş kateqoriyasına qədər ehtiyacı olan uşaqlara müavinətin verilməsi zəruri hesab olunur və biz də bunun tərəfdarıyıq. Bu həm də siyasi qərar olaraq qəbul olunmalı və bundan sonra addımlar atılmalıdır”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 1684