hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

“Üzr istəməyincə, barışmayacam” - Roza Abbasla Elza haqda

“Üzr istəməyincə, barışmayacam” - Roza Abbasla Elza haqda

Müğənni Roza Zərgərli Əməkdar artistlər Elza Seyidcahan və Abbasov Bağırovla küsülü olmasından danışıb.

Cebhe.info xəbər verir ki, o, bu barədə axşam.az-ın suallarını cavablandırarkən ilk addımı qarşı tərəfdən gözlədiyini deyib.

“Onunla barışmadım. Xasiyyətimə bələdsiniz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacam. Heç olmasa deməlidir ki, “sözdür də çıxdı ağzımdan, unut getsin”. Bu yaxınlarda da Elza ilə üz-üzə gəlsəm də heç bir reaksiya vermədim. Abbasa gəldikdə isə, o, mənim üçün heç bir önəm daşımır. Bizim aramızdakı söhbət “Maşın”ın “Xanımlar və cənablar-2” sürətindən sonra yarandı. Abbas bu söhbətdə haqsız olduğunu çox gözəl bilir. Boş yerə heç kəsdən küsmürəm. Publikaya oynamaq lazım deyil. Aktyorluq etməyə gərək yoxdur. Tamaşaçı hər şeyi çox gözəl görür, eləcə də anlayır”.

Qeyd edək ki, müğənninin E.Seyidcahanla qalmaqalı “ATV maqazin onlarla” verilişində həmkarının ona dediyi “Heç kimə arzulamıram ki, İlhamə Quliyevanın “taxt”ında otursun. O, yaxşı “taxt” deyil. O “taxta” getsən, məhv olarsan, otur öz yerində” sözlərindən sonra yaranıb.

R.Zərgərlinin Abbasla münasibətlərinin korlanmasına səbəb isə ifaçının “Maşın” şouda bloqer Hüseyn Əzizoğlunun əli ilə onu oyundan çıxarması olub.

Cebhe.info


Oxunma sayı: 606