hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Vahid təchizat mərkəzi yaradılmalıdır” – Ekspert

“Vahid təchizat mərkəzi yaradılmalıdır” – Ekspert

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli arıçılıq sahəsinin problemlərini qabardıb:

“1. Qanunda boşluq olduğu üçün arıxanaları kim necə, haraya istəyirsə köçürür. Bu zaman köçürmə arılarla yerli arılar arasında yolxucu xəstəliklər yayılır;
2. Arıçıları maarifləndirən, elmi-texnoloji yeniliklərlə təmin edən vahid platformanın yaradılmasına ehtiyac var, hamısı bir-birindən soruşub öyrənir ki, bəzən "dədə-baba" yanaşmaları təcrübədə işə yaramır;
3. İqlim dəyişiklikləri ilə bağlı arılar üçün təbiətdəki yem ehtiyatları sürətlə tükənir, arıxanaların köçürülməsi üçün meşə əraziləri ayrılmalı, bal verən yaşıllıqlar salınmalıdır; 
4. Təsərrüfatlarda balın sənaye üsulu ilə istehsalı yox səviyyəsindədir, arıçılar avadanlıqlarla təmin olunmalıdırlar;
5. Arıçıların dövlət büdcəsindən verilən güzəştli kreditlərə çıxış imkanları artmalıdır. Amma banklar bahalı girovlar tələb edirlər;
6. Arıçılar avadanlıq, dərman və digər ləvazimatları çətinliklə, baha qiymətə tapırlar ki, bu da balın maya dəyərinə təsir edir. Vahid təchizat mərkəzi yaradılmalıdır;
7. Regionlarda arı xəstəliklərinin analizi üçün laboratoriyalar yaradılacaq, ixtisaslı arıçı kadrlar yetişdirilməlidir”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1552