hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“Venesuela dramı”nda son səhnə: Hərbi müdaxilə qapıda

“Venesuela dramı”nda son səhnə: Hərbi müdaxilə qapıda

Nikolas Maduro hakimiyyəti özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydonun həbsinə nail olmağa çalışır. 

Xəbər verildiyi kimi, Xuan Quaydonun deputat toxunulmazlığını ləğv edən Venesuela Müəssislər Məclisi onun barəsində cinayət işinin açılmasına razılıq verib.Müəssislər Məclisinin sədri Xulio Qarsiya Serpa bildirib ki, Xuan Quaydoya qarşı cinayət işi ilə Venesuela Ali Məhkəməsi və Baş Prokurorluq məşğul olacaq.Quaydonun müdafiəsinin təşkil olunacağını qeyd edən Xuan Qarsiya Serpa müxalifət liderinin vətənə xəyanətin hesabını ödəyəcəyini deyib.

Xuan Quaydo həbs olunarsa, bu hadisə prezident Maduronun siyasi mövqelərini möhkəmlədə bilər.Ancaq kütləvi aksiyaların da yenidən baş qaldırması ölkədə iğtişaşların artması ehtimalını istisna etmir.Üstəlik, X.Quaydo həbs edilərsə, ABŞ-ın və Avropa ölkələrinin bu olaya əks-reaksiyası vəziyyəti gərginləşdirə bilər.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Venesuelada hakimiyyət uğrunda mübarizə ABŞ və Rusiyanın geosiyasi qarşıdurması müstəvisində müəyyənləşəcək. Bu baxımdan, Xuan Quaydonun barəsində cinayət işinin açılması və ya həbsi ölkədə siyasi vəziyyəti prezident Nikolas Maduronun xeyrinə dəyişməyəcək: 

“Donald Tramp hakimiyyətə gəldikdən sonra bəyan etmişdi ki, Yaxın Şərqdən və Əfqanıstandan çəkiləcək və Latın Amerikası regionunda ABŞ-ın strateji mövqelərini gücləndirəcək. Həqiqətən Tramp administrasiyası Mərkəzi və Cənubi Amerika ölkələrində, o cümlədən Karib dənizi regionunda ABŞ-ın nüfuzunun artırılması uğrunda siyasət aparır. Bu proses Venesueladan başlayıb. Venesuela prezidenti Nikolas Maduronun hakimiyyəti yenidən ələ alması ABŞ-ın bölgədəki maraqlarına cavab vermir.Çünki Venesuelada Rusiyanın mövqeləri getdikcə güclənir.Rusiyanın Venesueladakı hərbi hava bazasında “Tu-160” hərbi təyyarələrini yerləşdirib.Bu yaxınlarda Karakasa əlavə olaraq 100 nəfər hərbçi göndərildi və Rusiya Venesuela üçün hərbi pilotlar hazırlayır.ABŞ isə ölkənin müvəqqəti prezidenti kimi müxalifət lideri Xuan Quaydonu tanıyır.Maduro öz vəzifəsində qalmaqda davam etsə də, dünyanın əksər ölkələri Quaydonu legitim prezident kimi qəbul edir.Əgər Venesuela parlamentində X.Quaydonun toxunulmazlığı ləğv edilməsi və onun barəsində cinayət işinin açılması ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxara bilər.Nəticədə, ABŞ Venesuelaya hərbi müdaxilə etmək məcburiyyətində qala bilər. Məlum olduğu kimi, ABŞ-ın Kolumbiyada, Boliviyada silahlı qüvvələri var. ABŞ-ın dəniz piyada qüvvələrinin hər an Venesuelaya daxil olub Maduronu devirməsi gözləniləndir. Rusiya da bu prosesi gördüyü üçün öz hərbçilərini ora göndərdi.Maduro Rusiyanın dəstəyi ilə Quaydoya təzyiqləri gücləndirsə, ABŞ bunun qarşısını alacaq. Tramp administrasiyası Suriyadakı vəziyyətin Venesuelada yaşanmasına imkan verməyəcək. Rusiyanın Latın Amerikasında fəallaşmasının qarşısı alınacaq.Digər tərəfdən, Latın Amerikası ölkələrində solçu rejimlərin hakimiyyətdə olduğu ölkələr var. Prezident Tramp SSRİ dövründən qalmış həmin solçu hökumətləri ABŞ üçün təhdid hesab edir.Ona görə də, Amerika həmin dövlətlərə dövlət yardımı dayandırıldı.Bu, həmin ölkələrdə sosial etirazların formalaşmasına və rejim dəyişiklinə səbəb olacaq.Bu səbəbdən, Latın Amerikasında çox ciddi geopolitik qarşıdurma yaşanır.Xuan Quaydonun həbsinə cəhd edilsə, ABŞ bununla barışmayacaq və hərbi müdaxilə qaçılmaz olacaq”.

Məhəmməd Əsədullazadə bildirdi ki, Nikolas Maduronun daxildə ordunun, xaricdən isə Rusiyanın dəstəyini alması, əsas gücünü təşkil edir.Ancaq Maduro rejimi ABŞ-ın qarşısında çox zəifdir və müqavimət göstərmək iqtidarında deyil.

“Latın Amerikasındakı solçu rejimlərin devrilməsi ABŞ-ın xarici siyasət doktrinasına daxildir. Kubada, Nikaraquada, Hondurasdakı solçu rejimlər yaxın illərdə devriləcək. Amma bu prosesin başlanğıc nöqtəsi Venesueladır.Əgər ABŞ Venesuelada Maduronu hakimiyyətdən uzaqlaşdıra bilməsə, digər ölkələrdəki rejimləri dəyişə bilməyəcək və Rusiya regionda güclənəcək”.

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 699