hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

“Vətəndaşlar 125 deputatın əksəriyyətini tanımır” – Natiq Cəfərli ilə videomüsahibə

“Vətəndaşlar 125 deputatın əksəriyyətini tanımır” – Natiq Cəfərli ilə videomüsahibə

“2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunaraq qəbul edilib. Layihəyə görə 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır. Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur. Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır. Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Hökumət nümayəndələri, Milli Məclis üzvlərinin əksəriyyəti 2020-ci ilin büdcə layihəsini müsbət qiymətləndirsələr də, müxalifət nümayəndələri, iqtisadçı-ekspertlər çatışmazılıqların olduğunu bildirirlər.

“Unikal”a müsahibə verən Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli ilə söhbətimiz də bu mövzuda oldu. Müsahibimiz büdcə ilə yanaşı, ölkədəki ictimai-siyasi vəziyyət, Real Partiyanın mövcud durumu və qarşıdan gələnj parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Cebhe.info


Oxunma sayı: 2696