hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Virus hökumətin tapşırığı ilə hazırlanıb və dünyaya sızdırılıb” - Məşhur virusoloq

“Virus hökumətin tapşırığı ilə hazırlanıb və dünyaya sızdırılıb” - Məşhur virusoloq

“COVID-19 virusu Çin hökumətinin tapşırığı ilə hazırlanıb və bilərəkdən laboratoriyadan sızdırılıb”.

Cebhe.info xəbər verir ki, bunu virusoloq Li Men Yan "Fox New” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Çin Kommunist Partiyası qəsdən belə qərar verib: “Məndə dəlillər var və Çin xəstəxanalarındakı mənbələrim də bunu təsdiqləyir. Mən dünyanın aparıcı virusoloqları ilə də əməkdaşlıq edirəm. Virus laboratoriyada yaradılıb və bütün dünyaya yayılıb".

Xatırladaq ki, Li men Yan Honq-Konqdakı Ümumdünya Səhiyyə Təşkilatına məxsus laboratoriyada işləyib. O, Çindən qaçıb vəə koronavirusu öyrənməklə tanınıb.

Xatırladaq ki, son məlumatlara görə, dünyada virusa 29,7 miyon yoluxma qeydə alınıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2014