hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

“Xüsusi hazırlıq məktəbləri təşkil olunub” - RƏY

“Xüsusi hazırlıq məktəbləri təşkil olunub” - RƏY

“Avqustun 4-də Bakıda ciddi bir beynəlxalq tədbir keçiriləcək. Dünyanın ən yaxşı 5 elm olimpiadalarının biri hesab olunan və 31-ci dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadası bu dəfə Bakıda olacaq. Bir həftə davam edən tədbirə 90-dan çox ölkənin 500-dək məktəblisi qatılacaq”.

Cebhe.info xəbər verir ki, bunu “Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında paylaşıb:

“Ötən il olimpiada Yaponiyada keçirilib. Bizim üçün həm də ona görə əhəmiyyətlidir ki, təxminən 7-8 il olar ki, biz bu olimpiadalardan əliboş, medalsız qaydırıq. 1994-cü ildən bu olimpiadaya qoşulan ölkəmiz indiyədək biri gümüş, dördü bürünc olmaqla cəmi 5 medal qazana bilib.

Bu dəfə hökumət hazırlıq proseslərinə daha geniş resurslara sahib olan ADA Universitetini cəlb edib. Hazırda ciddi hazırlıqlar gedir. Bildiyim qədər, bizim uşaqları hazırlaşdırmaq üçün hətta xaricdən, ABŞ, İran və Avropa ölkələrindən mütəxəssislər cəlb edilib. Belə görünür ki, hökumətimiz bizim uşaqların bu dəfə medal əldə etməsində iddialıdır.

Amma İnformatika Olimpiadasının da tarixi göstərir ki, adətən bu sahədə həqiqi məktəb yaradan, İnformatikaya bütün təhsil mərhələlərində ciddi önəm verən ölkələr üstünlük qazanırlar. Bir müddət bizdə İnformatikaya qarşı ögeylik müşahidə olunsa da, son zamanlar bu sahədə müəyyən dönüş yarandığı da müşahidə olunur. Xüsusi hazırlıq məktəbləri təşkil olunub. Bakı Mühəndislik Universiteti də bu sahədə müəyyən işlər görür.

Amma DİM və TN-nin birgə həll etməli olduğu “İnformatika, yoxsa Kimya” problemi indiyədək də həllini tapmayıb. Ümid edək ki, bəlkə bu Olimpiada bizə düşərli olacaq və bizdə də İT və Kompüter ixtisası seçənlər Kimyadan deyil, İnformatikadan qəbul imtahanı verəcəklər”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 397