hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Xalqın əmlakını talayanlarla mübarizə qətiyyətlə davam etdiriləcək” - Deputat Ramil Həsənlə MÜSAHİBƏ

“Xalqın əmlakını talayanlarla mübarizə qətiyyətlə davam etdiriləcək” - Deputat Ramil Həsənlə MÜSAHİBƏ

Hazırda cəmiyyəti düşündürən əsas məsələ koronavirus epidemiyasından qorunmaq, karantindən sonra iqtisadiyyatın dirçəlməsi və sosial həyatın əvvəlki ritminə qayıtmasıdır.

Ölkənin ictimai-siyasi həyatında baş verən yeniliklər, xüsusən də korrupsiyaya qarşı aparılan mübarizə diqqət mərkəzindədir.

Xalqı narazı salan rüşvətxor məmurları ifşası davamlı olacaqmı? Pandemiya təhlükəsi hələ qalır, ikinci dalğanın gəlməməsi üçün toplum olaraq nə etməliyik?

Suallarımızı Milli Məclisin üzvü Ramil Həsən cavablandırır.

- Ramil müəllim, ilk olaraq koronavirusla bağlı soruşmaq istəyirdim. Virusdan necə qorunursuz və əhaliyə hansı tövsiyyələri verərdiniz?

-Virusdan qorunmaq üçün özüm və ətrafımdakılar Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tövsiyyələrə əməl etməyə çalışırıq. Hər kəsi karantin qaydalarına əməl etməyə çağırıram. Bunlar əslində çox sadə və bəsit məsələlərdir. İnsanlarımız bir az məsuliyyətli, bir az da ehtiyatlı olub tövsiyyələrə riayət etsələr, əslində problem də qalmaz. Parklarda, istirahət məkanlarında gəzərkən sosial məsafəni qorumaq, kafe və restoranlarda gigiyenik qaydalara riayət etmək, eyni zamanda çox böyük qrup halında bir yerə toplaşmamaq lazımdır. Əhalinin çox olduğu yerlərlə maskadan istifadə etmək tövsiyyə olunur. Biz də bunlara riayət etməyə çalışırıq, həm də çağırış kimi səsləndirirk. Eyni zamanda vətəndaşlarımızın özünü qoruması üçün cənab Prezidentin, I Vitse-Prezidentin çağırışlarına səs verməyə çağırırıq. Bu çağırışlarda hər şey açıq şəkildə bildirilib. Dövlətimiz tam şəkildə Prezidentin rəhbərliyi altında əhalinin sağlamlığının keşiyində durub. Əhali də öz sağlamlığına diqqət edərsə, tövsiyyələrə əməl olunarsa, o zaman heç bir problem qalmaz.

-Ölkə daxilində aparılan rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəyə cəmiyyət, ictimai-siyasi təşkilatlar birmənalı olaraq dəstək verdi. Necə düşünürsüz, bu proses davamlı olacaqmı?

-Ölkəmizdə bilavasitə cənab Prezidentin başlatdığı islahatlar uğurla davam edir. Unutmayaq ki, bu proses cənab Prezidentin rəhbərliyi altında qətiyyətlə irəliyə doğru getməkdədir. Rüşvətxorluğa, korrupsiyaya, xalqın, dövlətin əmlakını talan edənlərlə aparılan amansız mübarizənin nəticələri də göz qabağındadır. Biz bunların hamısını əsas götürərək, açıq və aydın şəkildə qeyd edə bilərik ki, Azərbaycandakı korrupsiya və rüşvətə qarşı mübarizə qanunvericilik çərçivəsində konkret addımlarla tənzimlənir. Bu gün həbs olunan, eyni zamanda ölkənin, dövlətin, xalqın varını dövlətini, əmlakını talamaqda şübhəli bilinənlərin həbs olunması Azərbaycanın hüquq dövləti olduğunu, tutduğu vəzifəsindən, yaşından asılı olmayaraq qanunu pozanlara qarşı mübarizə aparıldığının şahidi olduq. Unutmamalıyıq ki, qanun qarşısında hər birimiz bərabərik. Hər bizim etdiyimiz və ya edəcəyimiz əməllərə görə qanun qarşısında cavab verəcəyik. Ölkə rəhbərliyinin vermiş olduğu tapşırıqlarla əhalinin aztəminatlı ailələrinə olunan yardımların, dövlət əmlakının mənimsənilməsi çox ciddi qanun pozuntularıdır. Əlbəttə ki, bu proses davamlıdır və davamlı olacaqdır. Yeni Baş prokurorun təyini, müvafiq dövlət strukturlarının, xüsusilə də Dövlət Təhlükəsizlik Xidmətinin, Baş Prokurorluğun bu prosesdə çox aktiv və qanun çərçivəsində öz hüquqlarından istifadə edərək iştirak etməsi, yerli icra strukturlarında yol verilən boşluqlara, qanun pozuntularına qarşı amansız mübarizə dövlətin nə qədər güclü, qətiyyətli olduğunu göstərir. Bu, eyni zamanda islahatların davamlı olaraq inkişaf edəcəyinə mesajdır.

-Seçicilərinizdən sizə ünvanlanan şikayətlər əsasən hansı sahələrlə bağlıdır? Əhali ən çox nədən şikayət edir və sizdən kömək istəyir?

-Koronavirus dövrünə təsadüf etməsinə baxmayaraq seçildiyimiz gündən bu günə qədər seçicilərimizlə aktiv ünsiyyətdəyik. Həm mən, həm də mənim tərəfimdən təyin olunan Ucar rayon Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında oturan köməkçim Fuad Bədirxanov tərəfindən bütün müraciətlərin, sosial şəbəkələr, mobil telefon, rəsmi məktublar, teleqramlar vasitəsilə parlamentə ünvanlanan bütün müraciətlər anında dəyərləndirilir və lazımi dövlət qurumlarına göndərilərək əhalinin problemlərinin, tələblərinin həll olunması ilə bağlı addımlar atılır. Ucar rayonu şoran torpaqlar ərazisinə daxil olduğu üçün əhalinin bir çox tələbləri suvarma, artezian quyularının qazılması və nasosların quraşdırılması ilə bağlıdır. Bununla bağlı mənə ünvanlanan əhalinin haqlı müraciətlərini Meliorasiya və Su Təsərrüfatı İdarəsinə və Nazirlər Kabinetinə ünvanlayaraq kömək xaiş etmişik. Eyni zamanda əhalimizin bir qisminin kəndlərin ərazisindən keçən yolların üzərində piyada keçidlərinin tikintisi ilə bağlı müraciətlərini də biz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərmişik. Onlardan da əhalimizin bu tələblərinin həyata keçirilməsini xahiş etmişik. Əhalinin ən çox şikayət və tələblərindən biri də ünvanlı sosial yardım və uşaq pulu məsələsi ilə bağlıdır. Bununla bağlı da gələn şikayətlər çərçivəsində rayonun səhiyyət və sosial təminat idarəsinə bütün müraciətlər göndərilir və qanun çərçivəsində həllini tapmaq üçün üzərimizə düşən bütün addımlar atılır. Çalışırıq ki, əhalimizin tələblərini və şikayətlərini yerinə yetirə bilək.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 16831