hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

“Xəmsə” Türkiyədəki festivalda nümayiş olunacaq

“Xəmsə” Türkiyədəki festivalda nümayiş olunacaq

Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompozisiyası qardaş Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalı”nın proqramına salınıb.

Bu barədə Cebhe.info-ya Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay Erdelikara və Gökhan Buludun təşkilatçılığı ilə 27 mart - 25 aprel tarixlərində “Uluslarası Kısa Performanslar Festivalı” keçirilir.

Festivalda 12 ölkə və 15 şəhər teatrlarının tamaşaları nümayiş etdiriləcək. Tamaşalar onlayn rejimdə hər həftənin bazar günləri festivalın “YouTube” və “Facebook” hesabları üzərindən yayımlanacaq. Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, festivalda Azərbaycanı iki dövlət teatrı təmsil edir. Belə ki, sözügedən festivala Azərbaycan Dövlət Pantomim Teatrı “Nagaraçilar”, Gəncə Dövlət Dram Teatrı isə “Xəmsə” ədəbi-bədii kompozisiyası ilə qatılacaq.

Xatırladaq ki, Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompozisiyası 11 aprel 2021-ci il Bakı vaxtı ilə saat 17:00-da yayımlanacaq.

Cebhe.info


Oxunma sayı: 1398