hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

“Xilaskar” adlı konfrans keçirilib

“Xilaskar” adlı konfrans keçirilib

İyunun 14-də Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibətilə “Xilaskar” adlı konfrans keçirilib.

Cebhe.info xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, sədrin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov, fondun icraçı direktoru Mehman İsmayılov, millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Quliyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələri, tələbələr və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru M.İsmayılov tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun xalqımız üçün böyük əhəmiyyətə malik olduğundan və onun əhəmiyyətindən söz açıb.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş etdirilib.

Konfrans digər çıxışçıların fikirləri ilə başa çatıb.

Cebhe.info


Oxunma sayı: 430