t “Yaxın vaxtlarda “Qobu Park-3” istifadəyə veriləcək" - Rövşən Rzayev
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

“Yaxın vaxtlarda “Qobu Park-3” istifadəyə veriləcək" - Rövşən Rzayev

“Yaxın vaxtlarda “Qobu Park-3” istifadəyə veriləcək" - Rövşən Rzayev

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşüb.

Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, son bir ildə görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir və zəruri tədbirlər görür. Son iki ildə məcburi köçkünlər üçün 13 yeni qəsəbə salınıb, bu kateqoriyadan olan vətəndaşlara verilən vahid aylıq müavinətin məbləği ötən il 50 faiz artırılıb. Bakıda, Sumqayıtda və regionlarda yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə həssaslıqla yanaşır, onlarla görüşlər keçirir, qaldırdıqları məsələlərin həlli ilə bağlı tapşırıqlar verir və icrasına nəzarət edir.

Bildirilib ki, “Qobu Park” layihəsi bütünlüklə özəl sektor tərəfindən gerçəkləşdirilir. Kompleksin üçüncü mərhələsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir. 1300 ailəlik “Qobu Park-3” qəsəbəsəinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Görüşdə iştirak edənlər ölkə rəhbərliyinə təşəkkürlərini bidiriblər.

Cebhe.info


Oxunma sayı: 760