hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Yeni SSRİ”yə doğru addım: “Putin keçmiş SSRİ ölkələrinə qarşı iddia qaldırarkən bu məqsədi güdürdü”

“Yeni SSRİ”yə doğru addım: “Putin keçmiş SSRİ ölkələrinə qarşı iddia qaldırarkən bu məqsədi güdürdü”

Rusiyanın Baş naziri Mixail Mişustinin dediyinə görə, hökumət ölkəyə giriş qaydalarına dəyişiklik edib.

Onun sözlərinə görə, Rusiya vətəndaşlarının qohumları ölkəyə gələn zaman 1 ilədək uzunmüddətli viza ala biləcəklər. Əvvəl isə Rusiya vətəndaşlığı ilə qohumluluğundan asılı olmayaraq xarici vətəndaşlar ölkəyə gələn zaman 90 gün qalmaq imkanına malik idilər. Daha sonra isə həmin vətəndaş Rusiya sərhədini tərk etməliydi.

Maraqlıdır, Rusiya demoqrafik vəziyyəti dəyişmək üçün təhrikedici addımlar atır?

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu addım Rusiyanın yeni imperiya siyasəti ilə bağlıdır:

“Kreml uzun müddətdir ki, keçmiş SSRİ ərazisində yaşayanların Rusiya vətəndaşlığına qəbul edilməsi ilə bağlı müxtəlif tədbirlər görür və prosedurlardan istifadə edir. İndiki prosedur da digər ölkələrdə yaşayan rusların ölkəyə qayıdışını asanlaşdıracaq. Bundan başqa hazırda Rusiyada yaşayan başqa millətin nümayəndələrinin qohumları da onların yanlarına gəldikdə qalmaqları asanlaşacaq. Əvvəllər 90 gün müddət verirdilər. Bu da az zaman müddəti idi.

Yəni Rusiya keçmiş SSRİ-ni yeni formatda bərpa etmək üçün bu addım uzun müddətə hesablanıb. Burada demoqrafik məsələdən daha çox siyasi gediş diqqət çəkir. Putin özü də keçmiş SSRİ ölkələrinə qarşı iddia qaldırarkən bu məqsədi güdürdü. Yəni bu addım gələcəyə hesablanıb”.

Əli Bədir
Cebhe. info


Oxunma sayı: 2432