hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

“Yerə atılan tibbi maska və əlcəklər təhlükəlidir” - HƏKİM XƏBƏRDARLIĞI

“Yerə atılan tibbi maska və əlcəklər təhlükəlidir” - HƏKİM XƏBƏRDARLIĞI

Koronavirus pandemiyasından sonra dünyada, eləcə də ölkəmizdə tibbi maska və əlcəklərin istifadəsi geniş yayıldı.

Lakin son günlər insanların xəstəlikdən qorunmaq üçün istifadə etdiyi maska və əlcəklərin küçəyə atılması da diqqətdən yayınmır. Belə ki, bəzi vətəndaşlar bu qoruyucu vasitələri istifadə edildikdən sonra küçəyə və ya avtobus dayanacaqlarına ataraq narahatlıq yaradır.

Bəs görəsən, bu vasitələrin küçəyə atılması hansı fəsadlara gətirib çıxara bilər?

Mövzu ilə bağlı Cebhe.info-nun sualını cavablandıran infeksionist Gülnarə Əhmədova bildirib ki, tibbi maska və əlcəklərin küçəyə atılması xəstəliyin daha çox yayılmasına səbəb ola bilər:

“Əvvəlcə onu deyim ki, əslində əlcəklərdən istifadəni məsləhət görmürük. Çünki əlcəklərdən istifadə edəndən sonra əlinizlə üzünüzə və gözlərinizə toxunduqda virus hissəcikləri varsa, onlar birbaşa orqanizmə yayılır. Buna görə əlcək istifadə etməyi məsləhət görmürəm. Tibbi maskalardan isə istifadə etmək lazımdır. Çünki bu xəstəliyin daşıyıcısı olub- olmadığımızı bilmirik. Əgər həmin xəstəliyin daşıyıcısıyıqsa, maskalar nəfəsimizin daha çox kənara yayılması və insanları yoluxdurmağımızın qarşısını ala bilər . Lakin maska və əlcəkləri istifadə etdikdən sonra mütləq zibil qutusuna atmaq lazımdır. Bildiyiniz kimi, bu virus surətlə yayılır. Tibbi maska və ya əlcəkdən istifadə edən insanlar özlərinin xəstə olub-olmamasından əmin deyil. Buna görə də həmin vasitələri küçəyə atmaq xəstəliyin daha çox artmasına gətirib çıxara bilər”.

Fəxriyyə
Cebhe.info


Oxunma sayı: 3334