hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

“Yerli camaat saf, qonaqpərvər və xeyirxahdır” - ŞƏRH

“Yerli camaat saf, qonaqpərvər və xeyirxahdır” - ŞƏRH

“Qubada bahalaşmanı kənardan gələn işbazlar yaradır. Yerli camaat saf, qonaqpərvər və xeyirxahdır”.

Cebhe.info xəbər verir ki, bu fikirləri politoloq Nəzakət Məmmədova deyib. O fikrini belə əsaslandırıb ki, nəyinsə pulunu almazdan qabaq qubalılar mütləq "qonaq olun" deyirlər:

“Ümidvaram, bu fikirlərim yanlış anlaşılmaz. İndiki maddiyyatın mənəvi dəyərlər üzərində hökmranlıq etdiyi merkantil dünyada bu, çox vacib etiketdir. Amma kənar yerlərdən gələn qeyriləri burada yerli camaatı qarşısında işlədir, üstəlik də başqa yerlərdə tətbiq etdikləri prinsipləri buraya da şamil edirlər. Sözsüz ki, hamı Azərbaycan vətəndaşıdır, istədiyi yerdə yaşaya, iş qura bilər. Hətta əcnəbilərə də bu imkanların verilməsində bir qəbahət yoxdur. Amma xidmət sahəsi həm də turizmin güzgüsüdür. Paytaxtdakı bahalıq əyalətdə təkrar olunarsa, nəinki turist, heç yerli insanlarda da istirahətə imkan və həvəs olmayacaq”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 342