hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

“Yol tiksinlər, körpü salsınlar, kasıblara əl tutsunlar...” - İlahiyyatçıdan həccə gedə bilməyənlərə TÖVSİYƏ

“Yol tiksinlər, körpü salsınlar, kasıblara əl tutsunlar...” - İlahiyyatçıdan həccə gedə bilməyənlərə TÖVSİYƏ

“Qonşusu ac ola-ola Həccə gedənlər cəhənnəmi satın almışlardır”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

Onun sözlərinə görə Həcc ziyarəti olsa, olmasa da, insanların Həcc pulunu xeyriyyə işlərinə sərf etmələri İslam dinində savab hesab olunan əməllərdən hesab olunur:

“Xüsusilə hazırki sosial vəziyyətin ağırlaşdırğı bir durumda. Şəriətdə də ən vacib məsələ o buyurulur ki, ilk növbədə cəmiyyətin erhtiyacları nəzərə alınmalıdır. Yaxşı olardı ki, pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedə bilməyən insanlar o pulu müəyyən xeyriyyə fondlarına köçürsünlər, sosial-vəziyyəti ağır olan insanlara dəstək dursunlar. Yaxud qurbanlıq ərəfəsində Həcc ziyarətinə gedə bilməyən şəxslər o pulla 1000 heyvan alıb ordu sıralarında xidmət edən əsgərlərimizə, eləcə də ordu fonduna keçirsinlər. Çox təəssüf ki, bu xeyirxah əməllər bizdə baş vermir. Bunun da səbəbi ondan ibarətdir ki, din xadimləri və ilahiyyatçılar bu cür savab əməlləri insanlara düzgün aşılamırlar. Din xadimləri və ilahiyyatçılar özləri də bu işlə məşğul olmurlar”.

Tural İrfanın fikrincə, vacib olan budur ki, o insanlar istənilən xeyriyyə əməli ilə məşğul olsunlar:

“Yol tiksinlər, körpü salsınlar, kasıb insanlara əl tutsunlar və s.. Bu Həccdən daha savab olacaq. Hacı Zeynalabdin Tağıyev ömründə Həcc ziyarətində olmayıb. O, Həccə yığılacaq pul müqabilində məktəb açıb, müəyyən xeyriyyə işləri ilə məşğul olub. Ona görə “Hacı” ləqəbini qazanıb ki, Həccə gedən insanlar sanki ziyarətdə onu görürmüşlər. Qayıdıb gələnlər ona savab işinə görə minnətdarlıq ediblər”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2047