t “Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

“Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat müddəti uzadılıb. Təhsil Nazirliyinin tabeliyində olan və Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər.

Təhsil Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, müsabiqəyə qoşulmaq istəyənlər 21 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.

Cebhe.info


Oxunma sayı: 540