hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

“Yurd” sədrinin sonu görünən qaranlıq yolu: Yaxud  qapalı dairədən kənardakı Əli Kərimli - II YAZI

“Yurd” sədrinin sonu görünən qaranlıq yolu: Yaxud  qapalı dairədən kənardakı Əli Kərimli - II YAZI

AXCP sədri Razi Nurullayev “Yurd” sədri Əli Kərimlinin indiyəqədərki siyasi yoluna nəzər salıb. Öz məqaləsində Razi Nurullayev Əli Kərimlinin siyasi  portretini cızaraq fəaliyyətinin əsas aspektləri,  müxalifətdaxili intriqalardakı rolu, ətrafındakı insanlarla davranışı və iddiaların təmin etməyəcək imkanları barəsində ətraflı məlumat verir.

Cebhe.info məqalənin ikinci hissəsini təqdim edir.

(Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz)

1998-ci ildə Əbülfəz Elçibəy bütün müxalifəti bir araya gətirə bilmişdi. 90-cı ildən, Xalq Cəbhəsinin İdarə Heyəti zamanından bəri bir-birini qəbul etməyən Etibar Məmmədov və İsa Qəmbər bir masa arxasında otura bilirdi. Lalə Şövkət, İlyas İsmayılov, Rəsul Quliyev mübarizə meydanında birgə addımlayırdı. Canları meydanlarda çürüyən və məhrumiyyətlər içində yaşayan cəbhəçilər Əli Kərimlini o müstəvidə görmək istəyir və əllərindən gələni edir, onu AXCP-nin siyasi varisi yox, həm də mənəvi varisi görmək istəyirdilər. Elçibəyin sözdə deyil, əməldə və siyasi uğurda əsl davamçısı etmək, onu bu statusda görmək istəyirdilər.

Amma o, bunu bacarmadı. Yenidən intriqalar, siyasi oyunlar və çəkişmələr... Daha heç zaman da bacarmayacaq.

O, bu gün AXCP-ni təmsil edə bilməz. Çünki heç kimin gözləntisini doğrultmayıb, ona qoyulan sərmayələri batırıb və iflasa uğrayıb. Kərimli başa gətirilsə, hər şeyi bərbad edəcək və özü kimi ölkəni də iflasa aparacaq.

Dözümsüzlük

Siyasətçi tənqidə dözümsüz yanaşırsa, onu tarixin arxivinə tullamağın zamanıdır. Fikir ayrılığına belə dözüm göstərməyən “Yurd” sədri necə toparlana bilər? Fikir ayrılığı, fikir plüralizmi olmayan siyasi təşkilatlarda avtoritarizm yaranır və hakimiyyət pilləsinə qalxdıqda isə o keyfiyyət diktaturaya çevrilir. Siyasətdə olan adam hər zaman tənqid olunmalıdır. Elə bir demokratik düşüncəli ölkə və demokratik idarəçiliyi olan partiya tanımıram ki, orada tənqid olmasın. Türkiyədə, hətta bəyənmədiyimiz Rusiyada belə müxalifət partiyasında olanlar daxildə tənqidlərini dilə gətirə bilirlər. Heç kim toxunulmaz ehkam deyil. Rusiya kommunistləri belə Kommunist Partiyasının lideri Zyuqanovu çox sərt şəkildə tənqid edir və onu partiyada təkhakimiyyətlilik yaratmaqda günahlandırlar.

Hətta kommunistlər «КПРФ  vsЗюганов» adlı bir neçə seriydan ibarət tənqidi film də çəkiblər. 

Bu gün eninə-uzununa, sağına-soluna iqtidarı və Prezident İlham Əliyevi tənqid edirik. Tənqidimizdə heç sərhəd də tanımırıq.

Niyə müxalif düşüncəli insanlar, siyasətçilər İlham Əliyevi tənqid edəndə və bu tənqid ancaq “Yurd” sədrinin arşını ilə düz gələndə qəhrəmana, “Yurd” sədrinin özünü tənqid edəndə, yaxud onun fikrinə alternativ fikir deyəndə düşmənə çevrilir? Əgər o tənqidçilərinə bu qədər amansız yanaşırsa, hakimiyyətə gələrsə, belə çıxır ki, yeni həbsxanalar tikmək lazım gələcək?!

Daxili demokratiya

Demokratik cəmiyyət quruculuğu uğrunda mübarizə aparan siyasətçilər ilk növbədə öz ətraflarında demokratik ab-hava yaratmalıdırlar. Xalqın gözü tərəzidir. Amma o tərəzi hələ də o demokratiyanı görə bilmir. Əli Kərimlinin yanında daxili demokratiya yoxdur. Onun zombiləşdirdiyi tərəfdarları “Kərimlinin təklifləri məntiqli və müdrikdir, inandırmağı bacarır. Həm də elə təkliflər verir ki, imtina etmək mümkün deyil. Çünki o, bir məktəbdir, məntiqi və nitqi Demosfen nitqindən güclüdür, sözü Siseron müdrikliyinə kölgə salır, sərkərdəlik qabiliyyəti Sezarı üstələyib, yazdığı yazılar Sofokl pərəstişkarlarını utandırır” kimi iddialar səsləndirirlər.

Əfsuslar olsun ki, hələ də ayılmayan cəbhəçilər və müxalifətçilər var. Onlar özləri bilmədən uçuruma yuvarlanır və necə zombiyə çevrildiklərinin də fərqinə varmırlar. Əcaba nədən Əli Kərimlinin məntiqinin bütün cəbhəçilərin ən öndə gedənlərindən və ümumiikdə onların cəminin ağıl və məntiqindən üstün olduğunu tirajlayırlar? Ay cəbhəçilər, müxalifətçilər, siz nədən Şimali Koreyanın “çuçe” ideoloji xəttinə doğru yuvarlanırsınız? Şimali Koreya sakinləri inanır ki, indiki lider Kim Çen Inın atası Kim Çen İr 3 yaşında ilk kitabını və tələbə olanda 3 il ərzində 1500 kitab yazıb.

O, ilk dəfə olaraq qolf oynamağa gedəndə 15 qolf topuna eyni zamanda zərbə endirib və onların 15-ni də qolf deşiklərinə salıb. Yəqin ki, sizə də bu cür miflər uydurmaq lazım gələcək.

Mifologiya heç elm də deyil. Mifologiya ilə məşğul olanlar mifoloq adlanır. Bizəsə cəmiyyəti irəli aparmaq, demokratik dəyərlərin oturuşması üçün ağıllı, bilikli, miflərin əsiri olmayan ziyalılar, peşəkar məmurlar, savadlı gənclər lazımdır.

Nədən Əli Kərimli zəkasına bu qədər bütcəsinə yanaşırsınız? Ona görə ki, Musa peyğəmbər yəhudiləri 40 il səhrada Allah tərəfindən vəd edilən torpaqları vermək adı ilə gəzdirdiyi kimi, o da  30 il sizə xoş gələcək vədlərlə yanında dolandırır? 40 ilin tamamınımı gözləyirsiniz? Amma unutmayın ki, Musa peyğəmbər möcüzələr göstərmişdi və xalqı 40 il dolandırmaq üçün ilahidən güc alırdı. Siz isə yalanlardan və sabun köpüyünü şişirtməkdən güc alırsınız. Musa peyğəmbər yəhudi xalqının düşüncəsindən köləliyi silib atmaq üçün 40  onu səhralarda gəzdirdi. Bəs sizin düşüncənizdəki köləliyi silib atmaq üçün nə qədər zaman lazımdır?Allahın əmrinə görə daha peyğəmbər gəlməyəcək.

Marginallıq

Müxalifətin zəif tərəflərindən biri onun öz orbiti ətrafında fırlanmasıdır. Düz 15 ildir ki, “Yurd” sədri öz orbiti ətrafında fırlanır və hər tərəfə də dəmir pərdələr asılır. Bu pərdələrin o tərəfində kimin nə düşündüyü, nə fikirləşdiyi və nə istədiyi ona məlum deyil. Əli Kərimli onun siyasətini dəstəkləyən adamlarla görüşür. Hər kəs də bilir ki, Əli Kərimlinin müxalifətçilik süzgəci və meyarı nədir. Ona görə də Əli Kərimli ilə görüşən şəxs özünü onun istəyinə uyğun, onun “hava limanı”nda necə aparmalıdırsa, o cür aparır. Belə təəssürat yaranır ki, onu sevənlər də var. Reallıq başqadır. Bunu müşahidə edənlər bilir. Əslində isə şəxsiyyətinə pərəstiş yaratdığı kəslərdən dolayı az sayda insanın ona siyasi simpatiyası var.

Özü deyib, özü eşidir, özü yazıb, özünə vurulur və yazdıqlarının hər sətrini sanki dini ayə kimi tirajlanmasını istəyir. Cəbhəçilərin bir qismi isə heç oxumadan “Yurd” sədrinin adını nişanlayıb tirajlama siyasəti həyata keçirirlər. Elə buna görə də xalq ilə müxalifət arasında uçurum dərinləşib.

Müxalifətin dediyini xalq, xalqın səsini isə müxalifət eşitmir. Artıq həm də onun tərəfindən xalqla müxalifət arasında əlaqə vasitələri sıradan çıxarılıb.

Kiçik bir dairə cızaraq, içərisində oyun oynamaqla, əks tərəfə qışqırmaqla böyük siyasi məqsədlərə çatmaq mümkün deyil.

Cebhe.info


Oxunma sayı: 1321