hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

“Yurd” trollarının söyüş yağdırdığı jurnalistdən Əli Kərimliyə: "Elçibəyin irsini çamura bulaşdırmayın"

“Yurd” trollarının söyüş yağdırdığı jurnalistdən Əli Kərimliyə: "Elçibəyin irsini çamura bulaşdırmayın"

Sabiq ANS-çi İsmayıl Cəlilovla “Yurd” sədri Əli Kərimli arasında qalmaqal davam edir. 

Bundan əvvəl İ.Cəlilov Əli Kərimliyə yönəlik tənqidlərə “Yurd”un trolları tərəfindən söyüş və təhqir dolu cavablar aldığından şikyətlənmişdi. Ancaq son günlər jurnalistə qarşı söyüş və təhqir kampaniyası daha da şiddətlənib.

Cebhe.info xəbər verir ki, jurnalist Əli Kərimliyə bugünkü videomüraciətində 

“Yurd” sədrindən bu kampaniyaya son qoymağı tələb edib:

“Bir kəlmə yazan kimi Əli Kərimlinin trolları tökülüşdü. 2 gündür mən səhifəmdən ata-ana söyüşləri silirəm. Adi bir tənqidə bu qədər söyüşlə cavab verən qrupa nə deyəsən? Əli Kərimli mənim efirimə gəlmir, çünki mənim kanalımı balaca sayır. Başa düşdüm, amma kanalım balacadırsa, 4 min nəfərin izlədiyi bir kanaldan niyə belə qorxur? Niyə görə tərəfdarlarının ata-ana söyüşünü təmizləməliyəm? Əli Kərimli, öz tərəfdarlarınıza birmənalı göstərin ki, media ilə belə rəftar etmək olmaz. Strateji sükutla, görməzdən gəlməklə nəyə nail olmaq istəyirsiniz? Özünüzə lider deməklə liderlik olur? Niyə müstəqil mediaya bu qədər təsir edirsiniz?” 

Jurnalist Əli  Kərimliyə Azərbaycanın gələcəyi ilə bağlı sual da ünvanlayıb: “Siz hakimiyyətə gəlsəniz, necə cəmiyyət quracaqsız? Siz iqtidara gəlsəniz, jurnalistlərin başına nə oyun açacaqsınız? Budur sizin üçün Azərbaycanın gələcək vizionu? Sizə hər dəfə qulaq asıram, amma gələcək haqqında bir kəlmə də eşitmirəm, platformanız haqqında bir kəlmə də yoxdur. Əbülfəz Elçibəyin irsini çamura bulaşdırmayın. Sizin tərəfdarlarınız bir kəlmə konstruktiv tənqidə görə söyüş yağdırır. Gələcək haqqında danışın, sizin qurmaq istədiyiniz gələcək budurmu? Əli Kərimli peyğəmbərdir ki, onu tənqid etmək olmaz?”

Cebhe.info


Oxunma sayı: 1541