hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir”

“Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir”

Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi və xalqın zəhmətkeşliyi, əzmkarlığı ilə qısa dövrdə sosial-iqtisadi sahələrdə böyük nəticələr əldə edib.

Bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov deyib. Baş katib Novruz bayramı münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın uğurlarının davamını arzuladığını bildirib.

Özbəkistan diplomatı Vladimir Norov deyib: "Mən ən yaxın və əziz dostlarımız olan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayram bizə sevinc, xoşbəxtlik, sülh və əmin-amanlıq gətirir. Min illərdir qeyd etdiyimiz bu bayramda bizim ümumi köklərimiz, ənənələrimiz birləşir. Novruz bayramı münasibətilə Azərbaycan xalqına xoşbəxtlik, rifah, əmin-amanlıq və tərəqqi arzu edirəm”.(AZƏRTAC)

Cebhe.info


Oxunma sayı: 327