hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“BakuBus" un iki avtobusu qəza törədib?-Agentlikdən AÇIQLAMA

“BakuBus" un iki avtobusu qəza törədib?-Agentlikdən AÇIQLAMA

Bu gün “BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verməsi  barədə məlumat yayılıb.

Məlumatda bildirilib ki, hadisə səhər saat 06.00 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu Ü.Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsə də, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.

Cebhe.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuatda yayılan bu məlumatın həqiqətəuyğun olmadığını bildirib. O, deyib ki, belə bir hadisə baş verməyib: “Qeyd edilənlərə əsasən bildiririk ki, “İveco” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və mövcud hadisənin təhrif olunmasıdır”. 
Alçina Amilqızı 
Cebhe.info

 


Oxunma sayı: 785