hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“Ermənilər bu cümlə ilə ruslara, suriyalılara və iranlılara arxa çevirdi”- RƏY

“Ermənilər bu cümlə ilə ruslara, suriyalılara və iranlılara arxa çevirdi”- RƏY

“Erməni separatçıları ABŞ prezidenti Donald Trampın “Colan təpələrini İsrail ərazisi kimi tanıya bilərik” açıqlamasından həvəsləniblər, Xankəndidə Colan təpələri ilə Dağlıq Qarabağ arasında paralellər aparmağa başlayıblar. Vaxtilə eyni paraleli Kosovayla bağlı aparmağa çalışırdılar, ancaq serbləri müdafiə edən Kreml ermənilərin ağızlarının üstündən vurdu”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

E.Şahinoğlunun sözlərinə görə, ABŞ-dan fərqli olaraq, Rusiya, İran Ermənistanın arzularının üstündən xətt çəkib: “Dağlıq Qarabağ Respublikası prezident aparatının rəhbərinin müavini” David Babayan Colan təpələri ilə Dağlıq Qarabağ arasında bu şəkildə paralel aparıb: “Donald Trampın Colan təpələrinin təhlükəsizliyi və bölgənin sabitliyinin qorunması baxımından İsrailə aid olması haqqındakı açıqlaması önəmli hadisədir. Bu, Dağlıq Qarabağ konteksində də önəmlidir”. Erməni separatçı bu cümlə ilə demək istəyir ki, Colan təpələrini İsrail ərazisi kimi tanıyan Tramp eyni yanaşmanı Dağlıq Qarabağa münasibətdə də nümayiş etdirməlidir. Erməni separatçının bu “istəyi” aydındır. Aydın olmayan və aydınlaşdırılmağa açıq olan başqa məsələdir.

Ermənistan hakimiyyətinin Suriyadakı rejimlə sıx əlaqələri var, suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirir, ayrıca Suriyaya humanitar missiya göndərib. Bəşər Əsəd də ermənilərə simpatiya ilə yanaşır. Beynəlxalq aləm İsrailin işğalı altında olan Colan təpələrini Suriya torpaqları sayır. İndi belə çıxır ki, erməni separatçıları Colan təpələrini İsrail ərazisi saymaqla Suriya rejiminə arxa çevirirlər. Digər tərəfdən, Ermənistanın ağası olan Rusiya Trampın açıqlamasını tənqid edərək, Colan təpələrini Suriya ərazisi sayır. İran da eyni mövqedədir. Elə biz də Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Demək, həm ruslara, həm iranlılara, həm də suriyalılara erməni separatçılarının onlara necə xilaf çıxdıqlarını xatırlatmaq lazımdır.

Ancaq bu incə işlə hansı dövlət stukturumuz məşğul olacaq ki? Novruz bayramı ilə əlaqədar istirahət günləri hələ bitməyib”. 
Vilayət Muxtar 
Cebhe.info

 


Oxunma sayı: 1130