hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“İnqilab küləyi” əsdirən iki qadın: Növbə parlamentə çatıb  

“İnqilab küləyi” əsdirən iki qadın: Növbə parlamentə çatıb  

Artıq Ermənistandakı gərginlik parlamentə çatıb. Parlamentin Aparat rəhbərinin istefası gözlənilir.

Cebhe.info xəbər verir ki, bu barədə "168 jam" qəzeti yazıb.

Nəşr bildirib ki, hazırda parlamentdə aparat rəhbəri funksiyasını de-fakto "Mənim addımım" fraksiyasından olan deputatlar - Anna Karapetyan və Kristina Qriqoryan icra edir. Bu isə aparat əməkdaşları arasında narazılığa səbəb olub. Çünki hər iki qadın parlamentdə "ixtisar küləyi" əsdirir, ancaq öz adamlarını işdə saxlayır, digərlərini isə işdən azad etməyə hazırlaşır.

“Məxməri inqilab”a qədər Anna Karapetyan parlamentdə Respublikaçılar Partiyasından olan deputatın köməkçisi olub. Onu isə bu vəzifəyə parlament aparatında işləyən bacısı düzəldib. Konservatoriya təhsili olan bu xanım daha sonra hüquq ixtisası üzrə də təhsil alıb. 

Kristina Qriqoryan isə sabiq spiker Ovik Obramyanın müşaviri olub. 

Artıq parlamentin aparat rəhbəri Tiqran Qalstyan narazılığını bildirib və bu iki qadının hərəkətlərinə cavab olaraq işdən azad olunması üçün ərizə yazacağını deyib. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 2999