hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“İstefa xəbərimi prezident “Tvitter”- də yazacaq - DÖVLƏT KATİBİ

“İstefa xəbərimi prezident “Tvitter”- də yazacaq - DÖVLƏT KATİBİ

“Prezident Donald Tramp məni vəzifədən çıxarmayana qədər Dövlət Departamentində qalacağam”.

Cebhe.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Mayk Pompeo deyib. O, istefaya gedəcəyi barədə xəbərlərə münasibət bildirərək belə bir düşüncədə olmadığını vurğulayıb. Qeyd edib ki, Trampla işləmək onun üçün böyük şərəfdir. Pompeo əmin olduğunu bildirib ki, onu yaxın zamanda vəzifədən azad etməyəcəklər. 

Prezidentin önəmli qərarlarını sosial şəbəkədə elan etdiyini deyən Pompeo “Mən də istefaya göndərilməyimə dair xəbəri Trampın “Tvitter”indən öyrənəcəyəm. O, bu barədə xəbəri “Tvitter”də yazacaq”,- deyib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1277