hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Klassikləri inkar cılızlıqdır” - HAMLET İSAXANLI 

“Klassikləri inkar cılızlıqdır” - HAMLET İSAXANLI 

“Klassikləri inkar etmək cılızlıqdır, Sabir və digərləri oturub 100 il əvvəl bugünkü günümü yazmalı idilərə”

Bu sözləri Cebhe.info-ya açıqlamasında Xəzər Universitetinin təsisçisi, şair, tərcüməçi, publisist, dilçi və ədəbiyyatşünas Hamlet İsaxanlı deyib.

O bildirib ki, zaman, dövr keçsə də, klassiklər daim yaşayır:

“Bu gün də onların adlarını çəkir, əsərlərini oxuyur və əzbərləyirik. Nə üçünə Çünki onların dedikləri qəti surətdə keçici deyil, dərindir və yüksək sənətkarlıq nümunəsidir. Nizami və Sabir kimi nəhənglər, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və digər müxtəlif dövrlərdən olan klassiklər Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyətlər cərgəsindədirlər”.

H.İsaxanlı qeyd edib ki, klassiklərini tənqid edənlər zaman fərqini unudurlar:

“Əsrlər əvvəl yazan insanları tənqid edirlər ki, sən filan sözü belə demisən. Hansı ki, o vaxtlar insanlar cəhalətdən uşaqlarını məktəbə vermək istəmirdilər və müxtəlif işlərlə məşğul idilər, onda Sabir nə etməli idiə O həmin şəxslərə müəyyən qədər lağ etməli idi ki, başa düşsünlər.

Nə üçün “Molla Nəsrəddin” jurnalını bütün Şərq oxuyurduə Bu dəqiqə Azərbaycanda elə bir qəzet, elə bir jurnal yoxdur ki, Şərq ölkələrində məşhur olsun. Ancaq o vaxtlar “Molla Nəsrəddin”i, o cümlədən Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin felyetonlarını və satirik-yumoristik şeirlərini Hindistanda, Balkanlarda, Türkiyədə, Rusiyada, İranda, hər yerdə əllə axtarırdılar.

Bilirsiniz, klassikləri tənqid etmək üçün müəyyən bir səviyyə olmalıdır. Ya böyük bir elm adamı, ya nəhəng sənət adamı, ya da şair, yazıçı, yəni ölkədə çox-çox seçilmiş adam olmalısan ki, ehtiyatla klassiklər barədə danışasan. Əlbəttə ki, bu sözləri demək olar, çünki onlar büt deyil. Ancaq həmin şəxslərin dövrlərində yazdıqlarını tənqid etmək, onları aşağılamaq düzgün deyil”.

Hicranə İsmayılova
Cebhe.info


Oxunma sayı: 8070