hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“Məmləkətdə vergi ödəyicisi mədəniyyəti formalaşmayıb” - EKSPERT

“Məmləkətdə vergi ödəyicisi mədəniyyəti formalaşmayıb” - EKSPERT

“Məmləkətdə korrupsiya faktları toplumda ciddi etiraz doğurmur. Azərbaycan coğrafi məkan olaraq tarix boyu imperiyaların perifiriyasında yerləşib deyə mərkəzdən uzaq, könüldən iraq yer olub”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, bu torpaqlar bir neçə tam fərqli ideoloji, dini, fəlsəfi, iqtisadi təməli olan imperiyaları yola verib:

“Məzhəb təməlli imperiyalardan tutun da, pravoslav, sonra da ateizm əsaslı imperiyaların əyaləti, mərkəzdən uzaq parçası kimi davranıb, dövlətə, onun orqanlarına şübhə ilə yanaşıb, "dövlət mənim işimə qarışmasın, mane olmasın, nə istəyir etsin", yanaşması düşüncə tərzində hakim olub. Məmurla mübarizə etməkdənsə, anlaşmağı üstün sayıb. Bacarıqlı toplum olub deyə, həm özü qazanıb, həm dövləti yedizdirib. Məhz buna görə toplumun davranış və düşüncə kodlarlarında maraqlı, dünyanın digər xalqlarında görünməyən deyimlər yaranıb: “Yumurtadan yun qırxmaq”, “Daşdan pul çıxartmaq”, “Oğrudan oğruya halaldı”, “Beş günlük dünyadı”, “Dövlətin malı dənizdi, yeməyən donuzdu” və s. - bu kimi deyimlər davranış alqoritmini müəyyənləşdirib.

SSRİ dönəmində tikintidə işləyən evə sement, zavodda işləyən alət, fabrikdə işləyən parça, kolxozda işləyən kartof daşıyıb. Özü içləşdirmədiyi dövlətdən çırpışdırmağı problem saymadığı üçün, başqalarının da oğurladığını normal hal sayıb. Məmləkətdə vergi ödəyicisi mədəniyyəti formalaşmayıb, "vergi verirəm deyə, tələb edirəm" yanaşması yoxdur”. 

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 404