hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

“O, futbol tarixinin bənzərsiz bir oyunçusudur” - Enrike

“O, futbol tarixinin bənzərsiz bir oyunçusudur” - Enrike

İspaniya millisinin baş məşqçisi Luis Enrike AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Norveçi məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Milli.Az xəbər verir ki, Enrike İspaniya mətbuatına açıqlamasında 2:1 hesabıyla bitən matçı belə şərh edib:

"Serxio Ramosun qolu bizim üçün çox yaxşı idi. O, futbol tarixinin bənzərsiz bir oyunçusudur.

5:1, ya da 6:1 hesabıyla qazanmağa layiq idik. Ancaq futbolda təkcə vurulan qollar dəyərlidir. Daha fərqli hesabla qalib gəlməliydik, amma yenə də nəticədən məmnunam".

İspaniya millisi AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turunda, martın 26-da Malta ilə qarşılaşacaq.

Cebhe.info


Oxunma sayı: 1068