hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Ləğv olunmuş 4 bankın əmanətçilərinə 640 milyon ödənildi

Ləğv olunmuş 4 bankın əmanətçilərinə 640 milyon ödənildi

Sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank” ASC və “AG Bank” ASC-nin 24 min 688 əmanətçisinə bir ildən az zaman ərzində 640 milyon manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan (ADIF) Cebhe.info-ya bildirilib ki, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, kapitallarını tam itirdiklərinə görə “Ata Bank” ASC, “Amrah Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarına əsasən, sözügedən banklar müflis elan olunub, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.

Qlobal miqyasda və ölkə daxilində baş verən COVID-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi və xüsusilə də fond əməkdaşlarının növbəli iş rejiminin yaratdığı çətinliklərə baxmayaraq, Əmanətlərin Sığortalanması Fondu bir ildən az zaman ərzində müflis elan edilmiş son 4 bank üzrə kompensasiyalarının təmin edilməsində yüksək nəticələr əldə edib.

Fond sözügedən banklar üzrə kompensasiyaların tam ödənilmə prosesini qısa zamanda qanunla müəyyən olunmuş qaydada yekunlaşmasını həyata keçirəcək.

Cebhe.info


Oxunma sayı: 914