hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Leninin cəsədi Amerikaya aparıla bilər: 50 milyon dollar toplanıb

Leninin cəsədi Amerikaya aparıla bilər: 50 milyon dollar toplanıb

Amerikalı rəssam Devid Datun ABŞ-da ikinci movzoley yaratmaq niyyətindədir. Bu məqsədlə o, hətta Leninin movzoleydəki cəsədini də icarəyə götürməyə hazırdır.

Cebhe.info xəbər verir ki, bu barədə rəssam özü bildirib. O, cəsədin alınması üçün artıq 50 milyon dollar topladığını açıqlayıb.

Datun təklif edib ki, Leninin cəsədini ona 1 miyon dollar ilkin ödənişlə icarəyə verə bilərlər. Kommunist Partiyasının lideri Gennadi Züqanov bunun qəti əleyhinə çıxıb və Leninin dünya proletariatlarının lideri olduğunu bildirərək bunun mümkünsüzlüyünü ifadə edib.

Datun isə rusiyalı kommunistlərin nəşin icarəyə verilməsi fikrinə razı salacağına ümid edir. Bir müddətlik icarə haqqını artırmağa da hazır olduğunu bəyan edib: "Lenin indi bir çox rusiyalı üçün problemdir. O, Moskvanın mərkəzində saxlanılır, onu orada görmək istəməyənlər var".

Xəzər

Cebhe.info


Oxunma sayı: 958

Bizim Telegram səhifəmizi izləyin