hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Lənkəranda 17 yaşlı gənc "laqonda" ilə ayaqlarını doğradı

Lənkəranda 17 yaşlı gənc "laqonda" ilə ayaqlarını doğradı

Lənkəran rayonunda 17 yaşlı gənc ayaqlarını kəsici alətlə kəsib.

Cebhe.info "Report"a istinadən xəbər verir ki, hadisə Osakücə kəndində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Ravil Ramil oğlu Hüseynov hər iki ayağının arxa səthində vətərlərin kəsilmiş-didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaxınlarının dediyinə görə, R.Hüseynov yerdə olan "laqonda" ilə əlindəki dəryazı itiləmək istəyirmiş. Lakin ehtiyatsızlıqdan işlək vəziyyətdə olan "laqonda"nın üstünə yıxılıb. Nəticədə ayaq vətərləri kəsilərək çoxlu qan itirən R.Hüseynova ilkin zəruri tibbi yardımlar göstərildikdən sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 243