hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Lənkəranda döyülən gəlinlə qayınana barışdı - RƏSMİ AÇIQLAMA

Lənkəranda döyülən gəlinlə qayınana barışdı - RƏSMİ AÇIQLAMA

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qadının gəlinini döyməsi iddiası ilə bağlı yayılan videogörüntülərin araşdırılması başa çatıb.

Cebhe.info xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Ölkə.az"a açıqlamasında bildirib ki, artıq mübahisə edən tərəflər barışıblar:

"Həmin ailənin üzvləri artıq barışıq ediblər. Gəlin şikayətçi olmadığını söyləyib. Dedi, anamdır, döyüb, problem yoxdur. Barışıblar və birgə yaşayırlar".

Xatırladaq ki, aprelin 28-də sosial şəbəkələrdə Lənkəranın Yuxarı Nüvədi kəndində 1946-cı il təvəllüdlü Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsini əks etdirən videogörüntülər yayılmışdı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi məsələnin araşdırıldığını açıqlamışdı.

Açıqlamalarda qeyd olunurdu ki, tərəflərdən izahat alındıqdan və xəsarətlərin qiymətləndirilməsi aparıldıqdan sonra yekun qərar veriləcək.

Onu da qeyd edək ki, araşdırma dövründə adı çəkilən gəlin və qayınana mətbuata açıqlamalarında döyülmə hadisəsinin zarafat olduğunu bildiriblər. Gəlin R.Qurbanova səhvi olduğuna görə döyüldüyünü söyləyib.

Cebhe.info


Oxunma sayı: 496