hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Lənkəranda əkin subsidiyasının verilməsi sitrus bağlarının sayını artırıb

Lənkəranda əkin subsidiyasının verilməsi sitrus bağlarının sayını artırıb

Kənd təsərrüfatı naziri İnam Kərimov Lənkəranda salınan yeni sitrus bağları ilə tanış olub, çay və çiyələk plantasiyalarına, kümxanalara, aqroekoturizm obyektlərinə baş çəkib.

Bu barədə nazirlikdən bildirilib.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən salınacaq limon, portağal, narıngi, nar, fındıq və zeytun bağlarına görə fermerlərə yüksək əmsallı əkin subsidiyası ilə yanaşı, birdəfəlik əkin subsidiyası ödəniləcək. İxracyönümlü meyvələr üzrə intensiv bağçılığın inkişafının stimullaşdırılması fermerlərin bu sahəyə marağını artırır. Qərarın qəbul olunduğu üç ay ərzində Lənkəran bölgəsində 50 hektardan çox sitrus bağı salınıb. Kənd təsərrüfatı naziri İnam Kərimov Lənkəranın Vilyan kəndində salınmaqda olan limon bağı ilə tanış olub, fermerlərlə sitrus meyvəçiliyinin inkişaf etdirilməsi, ənənəvi bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının öz yerini möhkmləndirməsi, ixraca yönəlmiş məhsul istehsalı, dövlət dəstəyi mexanizmlərindən yararlanmaq imkanları, bölgənin münbit torpaq resurslarından daha səmərəli istifadə etmək və s. mövzularda fikir mübadiləsi aparıb

Cebhe.info.


Oxunma sayı: 1629