hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Lənkəranda şəhidlə bağlı iddialara İcra Hakimiyyətindən cavab:RƏSMİ AÇIQLAMA

Lənkəranda şəhidlə bağlı iddialara İcra Hakimiyyətindən cavab:RƏSMİ AÇIQLAMA

"Cəbhə bölgəsində döyüş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osaküçə kəndi sakini Fərəcov Əflatun Mircahangir oğlunun şəhidlik statusu ilə bağlı bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir".

Bu barədə Lənkrəran İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi, ümumiyyətlə, şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır:

"İkincisi işğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən, döyüş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Əflatün Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib.

Dəfn mərasimləri zamanı şəhidlərin valideynlərinə, doğmalarına başsağlığı verən İcra başçısı hər bir şəhid atasına üçrəngli dövlət bayrağını şəxsən təqdim edib, şəhidlərin ruhlarına dualar oxunub.

Bütün bunlara baxmayaraq, bəzi sosial şəbəkə istifadəçilərinin düşünmədən belə yanlış informasiyaları tez-tələsik yayması acı təəssüf hissi doğurur və yalnız düşmən dəyirmanına su tökməyə xidmət edir.

Bu informasiyaları yayanlar unutmamalıdırlar ki, onların hərəkətləri rayonda hökm sürən yüksək vətənpərvərlik ruhuna, xalqın şəhidlərə göstərdiyi hörmət və ehtirama heç vaxtı xələl gətirə bilməz".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Əflatun Fərəcova şəhidlik statusu verilmədiyi barədə xəbərlər yayılıb.

Cebhe.info


Oxunma sayı: 3114

Bizim Telegram səhifəmizi izləyin