hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Lerikdə avtomobil dərəyə aşdı

Lerikdə avtomobil dərəyə aşdı

Lerikdə minik avtomobili dərəyə yuvarlanıb, 3 nəfər xəsarət alıb.

Cebhe.info xəbər verir ki, qəza rayonun dağlıq yollarından birində baş verib. Belə ki, Bakı şəhəri Binə qəsəbə sakini, 1967-ci il təvəllüdlü Babəli Canəli oğlu Məhərrəmovun idarə etdiyi “Lexus” markalı minik avtomobili dərəyə yuvarlanıb.

Sürücü Babəli Məhərrəmov döş qəfəsinin qapalı travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə, sərnişinlər - 2000-ci il təvəllüdlü Müseyib Baləddin oğlu Cahangirov və 2004-cü il təvəllüdlü Seyidəli Babəli oğlu Məhərrəmov isə müxtəlif xəsarətlərlə Travmatologiya Şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 727